“Milan” futbolçusuna yeni müqavilə təklif edəcək

“Milan” ingiltərəli müdafiəçisi Fikayo Tomori ilə yola davam edəcək.

Sportline.az xəbər verir ki, İtaliya klubu 27 yaşlı futbolçuya yeni müqavilə təklif etməyi planlaşdırır.

Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

Tomori “Milan”a 2021-ci ilin yayında “Çelsi”dən 25 milyon avro qarşılığında transfer olunmuşdu.