“Milan” ingiltərəli futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır

"Milan" "Mançester Siti"nin ingiltərəli futbolçusu Cek Qrilişi transfer etmək niyyətindədir.

Sportline.az "Mirror Football" nəşrinə istinadən xəbər verir ki, İtaliya klubu Qriliş üçün "Mançester Siti"yə 40 milyon avro ödəməyə hazırdır.

29 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 26 matçda 2 qol və 5 asistlə yadda qalıb.

Qeyd edək ki, Qrilişin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.