"Milan" Jesusla maraqlanır

"Milan" "Arsenal"ın forvardı Qabriel Jesusu heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Tutto Sport" məlumat yayıb.

28 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 20 milyon avrodur.

Qeyd edək ki, Q.Jesus cari mövsüm meydana çıxdığı 16 matçda 4 qol, 1 asistlə yadda qalıb.