"Milan" "Kristal Pelas"a 30 milyon avro ödəyəcək
"Milan" "Kristal Pelas"ın forvardı Jan-Filipp Matetanı heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda insayder David Ornşteyn məlumat yayıb.
İtaliya klubu bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəyəcək.
Qeyd edək ki, Mateta cari mövsüm meydana çıxdığı 34 matçda 10 qol, 2 asistlə yadda qalıb.