“Milan” “Mançester Siti”yə elçi düşüb
"Milan" "Mançester Siti"nin xorvatiyalı yarımmüdafiəçisi Mateo Kovaçiçi transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, İtaliya klubu bu keçid üçün qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır.
Bu haqda "Milan Live" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Kovaçiç daha əvvəl İtaliyada "İnter" formasını geyinib.
O, cari mövsüm cəmi 2 rəsmi matçda meydanda olub.
Xatırladaq ki, 31 yaşlı futbolçunun "Mançester Siti" ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.