"Milan" "Mançester Yunayted"ə 50 milyon avro ödəməyə hazırdır
"Milan" "Mançester Yunayted"in danimarkalı futbolçusu Rasmus Höylund üçün bonuslarla birgə 50 milyon avro ödəməyə hazırdır.
Sportline.az "Tutto Mercato Web" saytına istinadən xəbər verir ki, İtaliya klubu transferi gələn həftəyə qədər bitirmək niyyətindədir.
22 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Rasmus "Milan"da çıxış etməyə müsbət yanaşır.