“Milan” PSJ-yə elçi düşüb
"Milan" "Paris Sen-Jermen"in portuqaliyalı forvardı Qonçalo Ramosu transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Saşa Tavolieri məlumat yayıb.
"Milan"ın rəhbərliyi 24 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, PSJ hələki bu təklifə cavab verməyib.