"Milan" Pulişiçin transfer qiymətini açıqladı
"Milan" amerikalı futbolçusu Kristian Pulişiç üçün 70 milyon avro tələb edir.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
"Mançester Yunayted", "Arsenal" və "Tottenhem" 24 yaşlı hücumçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, K.Pulişiç cari mövsüm meydana çıxdığı 22 matçda 10 qol, 2 asist müəllifi olub.