"Milan" "Real Madrid"ə elçi düşüb
"Real Madrid"in ispaniyalı forvardı Gonzalo Qarsiya karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Milan" 21 yaşlı hücumçunu transfer etməyə çalışır.
Bu haqda "Milan Live" nəşri məlumat yayıb.
Qeyd edək ki, Q.Qarsiya cari mövsüm meydana çıxdığı 14 matçda 4 qol, 2 məhsuldar ötürmə müəllifi olub.