“Milan” Sonu transfer etmək istəyir
"Los Anceles"in cənubi koreyalı futbolçusu Hın Min-Son karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Milan" 33 yaşlı sol cinah vingerini heyətə cəlb etmək istəyir.
Bu haqda "Transfer Feed" nəşri məlumat yayıb.
Qeyd edək ki, H.Min-Son cari mövsüm meydana çıxdığı 10 matçda 9 qol, 3 asistlə yadda qalıb.