"Milan" və "İnter" transfer yarışına girib
"Lids Yunayted"in qapıçısı İllan Meslier karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Milan" və "İnter" 25 yaşlı kiper üçün yarışa girib.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, İ.Meslierin transfer qiyməti 15 milyon avrodur.