"Milan"dan Arda Güler həmləsi

"Real Madrid"in türkiyəli futbolçusu Arda Güler karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, "Milan" 20 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Ardanın hazır ki dəyəri "Transfermarkt" portalına görə 45 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, A.Gülerin "Real Madrid"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm çıxış etdiyi 29 matçda 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub.