“Milan”dan “Arsenal”a keçə bilər
“Milan”ın 20 yaşlı kiperi Lorenzo Torriani karyerasını İngiltərədə davam etdirə bilər.
Sportline.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Arsenal” italiyalı qapıçının xidmətində maraqlıdır.
L.Torrianin dəyəri 500 min avrodur.
Qeyd edək ki, sözügedən oyunçunun klubla sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.