“Milan”dan “Vest Hem”ə doğru

“Milan”da uğursuz çıxışı ilə yadda qalan Santiaqo Ximenez karyerasını “Dumanlı Albion”da davam etdirə bilər.

Sportline.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Vest Hem Yunayted” meksikalı forvardı heyətə cəlb etmək istəyir.

24 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 11 matçda 1 qol, 2 asistlə yadda qalıb.

Qeyd edək ki, London klubu hələki “Milan”a rəsmi təklif göndərməyib.