"Milan"dan yeni transfer

İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Torino" komandasından Sualiho Meyte mövsümün sonuna kimi icarəyə götürülüb.

Razılaşmaya əsasən, "Milan" yayda 26 yaşlı fransalı yarımmüdafiəçini heyətinə qata bilər.

Qeyd edək ki, Sualiho Meyte 2018-ci ildən "Torino"nun formasını geyinib.