"Milan"dan yeni transfer

"Milan" yeni transferini rəsmləşdirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Feyenord"un meksikalı futbolçusu Santiaqo Ximenez karyerasını "Milan"da davam etdirəcək.

İtaliya klubu bu keçid üçün "Feyenord"a 35 milyon avro ödəyəcək.

Qeyd edək ki, Santiaqo Ximenez bu mövsüm çıxış etdiyi 19 matçda 16 qol və 3 asistlə yadda qalıb.