"Milan"ın Bolonya zəfəri
İtaliya A Seriyasında 23-cü tura yekun vuruub.
Sportline.az xəbər verir ki, son oyun günündə "Bolonya"nın qonağı olan "Milan" fanatlarını sevindirib.
Daha inamlı oyun göstərən milanlılar 3:0 hesabı ilə qalib gəliblər.
Aktivinə 50-ci xalı yazdıran "Milan" ikinci pillədə qərarlaşıb.
Çempionata 55 xalla "İnter" başçılıq edir.
"Bolonya" - "Milan" 0:3
Qollar: Loftus-Çik 20, Nkunku 39(p), Rabyo 48