"Milan"ın futbolçusu 2 ay oynamayacaq

"Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çikin təxminən 8 həftə meydanlardan kənarda qalacağını açıqlayıb.

Sportline.az xəbər verir ki, İtaliya A Seriyasının 26-cı turunda "Parma" ilə oyunun (0:1) 8-ci dəqiqəsində Loftus-Çik cərimə meydançasına edilən ötürmədən sonra topu yumruqla uzaqlaşdıran Edoardo Corvi ilə toqquşub.

İngiltərəli futbolçu yerə yıxılıb, boynu sabitlənərək xərəkdə meydandan çıxarılıb.