Millidən növbəti məğlubiyyət
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında keçirdiyi ikinci oyununda da məğlub olub.
Sportline.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Ukraynaya müqavimət göstərə bilməyib.
Ötən gün ev sahiblərinə uduzan (0:3) millimiz ukraynalılara da eyni hesabla yenilib - 0:3 (9:25, 8:25, 13:25).
Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.