Azərbaycan Malta, Farer adaları və Kosovo ilə eyni qrupda

UEFA Millətlər Liqasının püşkü atılıb. SportLine.az saytı püşkatmanın nəticələrini təqdim edir:

"A" LİQASI "B" LİQASI

I QRUP

Almaniya
Fransa
Hollandiya

II QRUP

Belçika
İsveçrə
İslandiya

III QRUP

Portuqaliya
İtaliya
Polşa

IV QRUP

İspaniya
İngiltərə
Xorvatiya

I QRUP

Slovakiya
Ukrayna
Çexiya

II QRUP

Rusiya
İsveç
Türkiyə

III QRUP

Avstriya
Bosniya və Herseqovina
Şimali İrlandiya

IV QRUP

Uels
İrlandiya
Danimarka

"C" LİQASI "D" LİQASI

I QRUP

Şotlandiya
Albaniya
İsrail

II QRUP

Macarıstan
Yunanıstan
Finlandiya
Estoniya

III QRUP

Sloveniya
Norveç
Bolqarıstan
Kipr

IV QRUP

Rumıniya
Serbiya
Monteneqro
Litva

I QRUP

Gürcüstan
Latviya
Qazaxıstan
Andorra

II QRUP

Belarus
Lüksemburq
Moldova
San Marino

III QRUP

Azərbaycan
Farer adaları
Malta
Kosovo

IV QRUP

Makedoniya
Ermənistan
Lixtenşteyn
Cəbəllütariq


Bu gün UEFA Millətlər Liqasının püşkü atılacaq.

SportLine.az xəbər verir ki, ilk dəfə keçiriləcək yarışın püşkatma mərasimi İsveçrənin Sürix şəhərində olacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Reqlamentə əsasən, 2018/2019 mövsümünün qalibi adı uğrunda mübarizə aparacaq 55 komanda 4 liqaya bölünüb. Liqalar reytinqə əsasən müəyyənləşdirilib. Azərbaycan millisi ən zəif komandaların yer aldığı "D" liqasındadır.

"B", "C" və "D" liqalarının qalibləri növbəti mövsüm daha yüksək liqada çıxış etmək hüququ qazanacaqsa, "A", "B" və "C" liqasının sonuncuları daha aşağı liqaya yuvarlanacaq.

Bundan əlavə, AVRO-2020-nin seçmə mərhələsinin püşkatmasında millilərin səbətlərə bölünməsi məhz Millətlər Liqasının nəticələrinə görə aparılacaq.

Ən əsası, hər liqadan 1 komanda AVRO-2020-nin final mərhələsinə yüksələcək. Seçmə mərhələdə vəsiqə qazanmayanlar arasında öz qrupunda ən yaxşı olanlar 2020-ci ilin martında "pley-off"da qitə birinciliyinə bileti təmin etməyə çalışacaq.

Püşkatmadan öncə səbətləri diqqətinizə çatdırırıq:

"A" LİQASI "B" LİQASI
I SƏBƏT: 
Almaniya, Portuqaliya, Belçika, İspaniya

II SƏBƏT: 
Fransa, İngiltərə, İsveçrə, İtaliya

III SƏBƏT: 
Polşa, İslandiya, Xorvatiya, Hollandiya
I SƏBƏT: 
Avstriya, Uels, Rusiya, Slovakiya

II SƏBƏT: 
İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina

III SƏBƏT: 
Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə
"C" LİQASI "D" LİQASI
I SƏBƏT: 
Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya

II SƏBƏT: 
Yunanıstan, Serbiya, Almaniya, Norveç

III SƏBƏT: 
Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya

IV SƏBƏT: 
Kipr, Estoniya, Litva
I SƏBƏT: 
Azərbaycan, Makedoniya, Belarus, Gürcüstan

II SƏBƏT: 
Ermənistan, Latviya, Farer adaları, Lüksemburq

III SƏBƏT: 
Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta

IV SƏBƏT: 
Andoora, Kosovo, San Marino, Cəbəllütariq