Azərbaycan millisindən böyükhesablı qələbə

Rusiyanın Sankt-Peterburq şəhərində  Valentin Qranatkinin xatirəsinə həsr olunan  beynəlxalq turnir davam edir. Sportline.az xəbər verir ki,  19 yaşadək futbolçulardan ibarət  millimiz bu gün növbəti oyununu keçirib. Komandamız  9-12-ci yerlər uğrunda matçda Estoniya ilə üz-üzə gəlib.

Qrupdakı 3 oyunun 2-də uduzan  futbolçularımız  9-16-cı yerlər uğrunda görüşdə İran millisinə qalib gəlmişdi. U-19 Estoniya üzərində də qələbə qazanmaqla 9-10-cu yerlər uğrunda görüş keçirmək imkanı əldə edib.  

Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir
9-12-ci yerlər uğrunda oyun
17 yanvar

Azərbaycan - Estoniya - 3:0
QOLLAR: 
Pilağa Mehdiyev, 4, Doğukan Öksüz, 42, İbrahim Əliyev, 87

Azərbaycan: 12. Kamran İbrahimov, 3. Rijat Qarayev, 17. Murad Qayalı, 13. Həsənov Yusif, 14. Hüseyn Seyliğli, 8. Süleyman Əhmədov, 11. Barış Ekincier, 6. İbrahim Qədirzadə, 10. Pilağa Mehdiyev, 7. Fərid Nəbiyev, 9. Doğukan Öksüz

Ehtiyat oyunçular: 1. Murad Popov, 5. Rəhman Daşdəmirov, 2. Mətin Gülər, 4. İsmayıl Karakaş, 20. Bahadur Həziyev, 18. Rəfael Məhərrəmli, 15. Ceyhun Muxtarlı, 16. Əli Sadıqov, 19. İbrahim Əliev

Banner