Milli komanda AZAL-la bacarmadı

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası (U-21) yoxlama oyununda qüvvəsini sınayıb.

SportLine.az xəbər verir ki, Yaşar Vahabzadənin komandası AZAL-la qarşılaşıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüşdə qapılara qol vurulmayıb.

Qeyd edək ki, millimiz  növbəti yoxlama oyununda “Kəpəz”lə qarşılaşacaq.

Banner