Milli komanda ilin ilk toplanışında
Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisi 2025-ci ilin ilk təlim-məşq toplanışına start verib.
Sportline.az xəbər verir ki, milli Bakıda hazırlıq keçir.
İlk məşq prosesi millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında baş tutub. Toplanışda əsas diqqət ümumi fiziki hazırlığa yönəlib.
Qeyd edək ki, 12 günlük fiziki hazırlıq prosesindən sonra millinin beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək heyəti müəyyənləşəcək.