Milli komanda İrandan güclü oldu

Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi turnir davam edir. SportLine.az xəbər verir ki, "C" qrupundakı mübarizəni sonuncu pillədə bitirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi bu gün 9-16-cı yerlər uğrunda oyunlarda ilk görüşünü keçirib. Rəqib İran millisi olub.

Doğukanın 77-ci dəqiqədə vurduğu qol Azərbaycana minimal hesablı qələbə qazandırıb.

Banner