Milli komanda Moldovaya aman vermədi
Futzal üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən matçda rəqib Moldova seçməsi olub.
AVRO-2018-in seçmə mərhələsinə hazırlaşan Azərbaycan futzalçıları meydançanı qələbə ilə tərk ediblər - 6:1.
Yoldaşlıq oyunu
29 mart
Azərbaycan – Moldova - 6:1
Qollar: Xətai Bağırov, 6, Eduardo, 14, Fineo, 16, Olivyera, 25, Tyaqu, 26, Faiq Əliyev, 28 - Obada, 32
Bakı İdman Sarayı