Milli komanda üçün daha iki oyunçu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası üçün daha iki oyunçu sifariş edib.

Sportline.az Avropa Voleybol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bunlar pleymeyker Səmra Qafarova və blokçu Larisa Smeltsovadır.

Belarus, İspaniya və Finlandiya ilə C qrupunda yer alan yığmanı oyunlara baş məşqçi kimi Faiq Qarayev sifariş olunub. Lakin onun komandanın sükanı arxasında olub-olmayacağı dəqiqə bilinmir. Məşqçilər korpusu daha əvvəl Qızıl Avropa Liqası üçün 24 voleybolçu sifariş verib. Bunlar Ceyran İmanova, Anastasiya Qurbanova, Odina Əliyeva, Olena Həsənova, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Yana Kulan, Yekaterina Jidkova, Kristina Yaqubova, Polina Rəhimova, Ayşən Abduləzimova, Şəfaqət Alışanova, Marqarita Əzizova, Bəyaz Əliyeva, Yana Əzimova, Nərmin Fərəcova, Yuliya Kərimova, Nurhan Kazımova, Mariya Kirilyuk, Leysan Lvovkina, Nərminə Musayeva, Leyla Parşkova, Kseniya Pavlenko və Nelli Salbişvilidir.

Qeyd edək ki, milli ilk oyununu mayın 26-da səfərdə Belarusa qarşı keçirəcək. Növbəti görüş isə 3 gün sonra Bakıda İspaniyaya qarşı olacaq. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv iyunun 2-də evdə Finlandiya, iyunun 8-də Belarus, iyunun 12-də səfərdə İspaniya, iyunun 15-də isə Finlandiya ilə qarşılaşacaq.