Milli komandada koronavirus şoku
Şotlandiya milli komandasının futbolçusu Billi Gilmorun koronavirus testi müsbət nəticələnib.
Sportline.az Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 10 günlük karantinə alınıb. O, komandasının iyunun 22-də Qlazqoda Xorvatiyaya qarşı keçirəcəyi matçı buraxmalı olacaq.
Gilmorda COVID-19 virusunun nə zaman aşkarlandığı açıqlanmır.
Qeyd edək ki, iki turdan sonra Şotlandiya seçməsi 1 xalla 4-cü yerdədir.