Milli komandamız İstanbuldadır

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlaşan qadın voleybolçularımız məşqləri İstanbulda davam etdirirlər.

Sportline.az  xəbər verir ki, Bolqarıstan və Rusiyadan sonra Türkiyədə hazırlıq keçən millimiz yerli komanda yoldaşlıq oyunu keçirib. Matçda ev sahibləri 3:1 hesabı ilə qalib gəliblər.

İyulun 24-dək İstanbulda məşqləri davam etdirəcək millimiz oradan Braziliyaya yollanacaq.

Qeyd edək ki, avqustun 1-3-də keçiriləcək Olimpiya təsnifat turnirindən əvvəl komandamız Braziliyada yerli klublardan biri ilə yoldaşlıq matçı keçirəcəyi gözlənilir.