Milli komandamız qələbə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Sportline.az xəbər verir ki, D qrupunda mübarizə aparan milli Portuqaliyanın Nazare şəhərində Estoniya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub. Digər qolu isə rəqib öz qapısından keçirib.

Qrupun digər qarşılaşmasında İsveçrə və Fransa komandaları üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl İsveçrəyə 5:8 hesabı ilə uduzub, Fransaya isə qalib gəlib - 2:0.