Milli növbəti oyununa çıxır

19 yaşadək qadın futbolçulardan ibarət milli komanda, bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

Sportline.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan milli Estoniya ilə qarşılaşacaq.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsindəki ilk matçında İsveçrəyə 0:8 hesabı ilə məğlub olub.

Milli dekabrın 2-də meydan sahibləri ilə qarşılaşacaq.