Milli Polşada ilk məşqə çıxıb
Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində son oyununu Polşa seçməsinə qarşı keçirəcək Azərbaycan millisi matçın keçiriləcəyi "Koşalin" İdman Zalında ilk məşqini keçirib.
Sportline.az xəbər verir ki, futzalçılar baş məşqçinin taktiki planda tapşırıqlarını yerinə yetiriblər.
Zədə səbəbində Felipinyo, Ramiz Çovdarov və Bolinya kollektiv çalışmaya qatılmayıb. Amma komandanın həkimi onların martın 7-də keçiriləcək oyuna qədər sıraya dönəcəyini bildirib.