Milli Qətərə Almeydasız yollanacaq

 "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan millisinin  məşqində iştirak etdikdən sonra düşərgədən ayrılıb. Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin milliyə çağırılmasında məqsəd milli ab-havasını hiss etmək, adaptasiya prosesinə başlamaqdan ibarət olub. O, Qətər seçməsi ilə martın 9-da səfərdə keçiriləcək oyun üçün baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu. Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FIFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir.