Milli Rusiya seçməsi ilə qarşılaşacaq
Qadınlardan ibarət Azərbaycan millisi noyabrın 26-dan dekabrın 3-dək Rusiyanın Soçi şəhərində təlim-məşq toplanışında olacaq.
Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Millimiz hazırlıq çərçivəsində noyabrın 28-də FİŞT Olimpiya Stadionunda, dekabrın 2-də isə "Soçi" klubunun Məşq Bazasında Rusiya yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.
Hər iki matç Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Milliyə dəvət alan futbolçuların adları ilə tanış ola bilərsiniz: Günay İsmayılova, Manə Mollayeva, Fidan Cəfərova, Vüsalə Seyfəddinova, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Ayşən Salamzadə, Aysun Əliyeva, Sevinc Fəttazadə (hamısı “Neftçi”), Fatimeyi Zəhra Hüseynli (“Dirçəliş”), Aytac Şərifova (“Hakkarigücü”, Türkiyə), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Kamilla Məmmədova (“Okjetpes”, Qazaxıstan), Jalə Məhsimova (“Bəylərbəyi Spor”, Türkiyə), Sevinc Cəfərzadə (“Krasnodar”, Rusiya), Kristina Bakarandze (“Qalatasaray”, Türkiyə), Ayşən Əhmədova (“Krılya Sovetov”, Rusiya), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Yenisey”, Rusiya), Milana Rəhimova, Vüsalə Hacıyeva (hər ikisi “Ünyespor”, Türkiyə), Aysun Muradova (“Gölbaşı Bələdiyyə Spor”, Türkiyə).