Milli komanda son məşqə çıxdı
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniya ilə oyun öncəsi son hazırlıqlarını tamamlayıb.
Sportline.az xəbər verir ki, hazırlıq prosesi “Liv Bona Dea Arena”da baş tutub və məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Baş məşqçi Siyasət Əsgərovun rəhbərliyi altında keçirilən məşq zamanı futbolçular müxtəlif taktiki və fiziki terminləri icra ediblər.
Yığma sabahkı qarşılaşmaya tam heyətlə çıxa bilməyəcək. Komandanın aparıcı üzvlərindən Esra Maniya, Diana Məmmədova və Alina Dorofeyeva müxtəlif səbəblərdən komandaya qoşula bilməyiblər.
Qeyd edək ki, Azərbaycan - Şimali Makedoniya görüşü sabah “Dalğa Arena”da saat 15:00-da başlayacaq.