Milli toplanışa başlayır

Milli futbol komandamız dünya çempionatının təsnifat mərhələsinə hazırlığa start verir. SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, sentyabrın 4-də San Marino seçməsinin qonağı olacaq milli avqustun 24-də toplanışa başlayır. Baş məşqçi Robert Prosineçki bu futbolçulara dəvət göndərib:

Qapıçılar: Kamran Ağayev (“Sumqayıt”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Tərlan Quliyev, Ruslan Abışov (hər ikisi “İnter”), Məhəmməd Mirzəbəyov (“Qəbələ”), Pavel Paşayev (“Stal”, Ukrayna)

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Elvin Məmmədov (“Zirə”), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Dmitri Nazarov (“Erzqedirqe Aue”, Almaniya), Eddi İsrafilov (“Kadiz”, İspaniya)

Hücumçular: Namiq Ələsgərov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ağabala Ramazanov (“İnter”), Ruslan Qurbanov (“Neftçi”), Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə).

Banner