Milli üzvü fərqləndi, komandası 1 xal qazandı
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" Almaniya II Bundesliqasında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Bohum" kollektivi olub.
Qarşılaşmanın 11-ci dəqiqəsində D.Nazarov penaltidən fərqlənsə də, qələbə hesabını qorumaq mümkün olmayıb. 62-ci dəqiqədə Vurtz "Bohum" azarkeşlərini sevindirib.
Qeyd edək ki, 25 oyundan sonra aktivində 23 xal olan “Aue” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.