Milli üzvü oynadı, komandası qələbə qazandı
Azərbaycan millisinin üzvü Pavel paşayevin şərəfini qoruduğu "Stal" Ukrayna çempionatına növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Zirka” olub.
Paşayevin start heyətində meydana çıxdığı və sonadək oynadığı qarşılaşma 3:0 hesabıyla Kamiensk təmsilçisinin xeyrinə başa çatıb.
Qeyd edək ki, 20 oyundan sonra hesabında 18 xal olan “Stal” 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.