Azərbaycan Yunanıstana qarşı
Futzal üzrə milli komandamız bu gün DÇ-2024-ün əsas mərhələsində növbəti oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Yunanıstan seçməsini qəbul edəcək.
Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da başlanacaq. Görüşü Eduardu Koelyunun başçılıq etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi 6-cı qrupda 6 xalla liderdir. Bir oyun çox keçirən Polşa kollektivinin də eyni xalı var. Komanda qrupdakı sonuncu matçında martın 7-də Polşanın qonağı olacaq.