Millidə xaos: baş məşqçi gedir?

Niderland Futbol Federasiyası millinin baş məşqçisi Frank De Buru istefaya göndərmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikola Şkira məlumat yayıb. Yığmanın Avro-2020-nin 1/8 finalında Çexiyaya gözlənilmədən uduzması (0:2) və mübarizəni dayandırması federasiyanın belə qərara gəlməsinə səbəb olub. Həmçinin, federasiyada idarə heyətinin bir çox üzvü Burun fəaliyyətindən narazıdır.

Qeyd edək ki, Bur ötən ildən Niderland millisinə baş məşqçilik edir.