Millidə yeni futbolçular
23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə daha 2 futbolçu cəlb olunub. Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçisi Yaşar Vahabzadə Vüsal İsgəndərli ("Zirə") və Kamal Qurbanovu ("Neftçi") da düşərgəyə dəvət edib. Ötən gün isə o, Azad Kərimova ("Kəpəz") dəvət göndərmişdi. Qeyd edək ki, martın 9-dək davam edəcək toplanışa ümumilikdə 17 futbolçu qatılacaq.