Millidən şad xəbər

Portuqaliya millisinin futbolçuları Nelson Semedu və Danilu Pereyra zədəsini sağaldıb.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, onlar artıq məşqlərə başlayıblar. Sözügedən futbolçuların sabah Avro-2020-nin 1/8 finalında Belçika ilə matçda iştirak edə biləcəyi gözlənilir.

Qeyd edək ki, Portuqaliya - Belçika matçı 23:00-da başlayacaq.