Millidən sürpriz heyət
Türkiyə millisinin yeni baş məşqçisi Ştefan Kuntz DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Norveçlə ev, oktyabrın 11-də isə Latviya ilə səfər oyunları üçün heyəti açıqlayıb.
Sportline.az xəbər verir ki, almaniyalı çalışdırıcısı siyahıda xeyli dəyişiklik edib.
Okay Yokuşlu, Enes Ünal, Halil Dervişoğlu, Mert Günok, Efecan Karaca, Abdülkərim Bardakçı, Halil Akbunar, Salih Uçan, Umut Meraş və Alpaslan Öztürk milliyə dəvət olunmayıb. Əvəzində uzun müddətdir heyətdə olmayan Caner Erkin, Sinan Bolat və Serdar Əziz heyətə cəlb olunub. Bundan başqa, Berat Özdəmir, Berkan Kutlu və Sərdar Dursun ilk dəfə namizəd heyətə dəvət edilib.
Ştefan Kuntzun dəvət göndərdiyi futbolçular bunlardır:
Qapıçılar: Altay Bayındır (Fənərbaxça), Sinan Bolat (Gent), Uğurcan Çakır (Trabzonspor).
Müdafiəçilər: Zeki Çelik (Lill), Mert Müldür (Sassuolo), Çağlar Soyuncu (Lester), Kaan Ayhan (Sassuolo), Merih Demiral (Atalanta), Ozan Kabak (Norviç), Sərdar Əziz (Fənərbağça), Caner Erkin (Karagümrük), Rıdvan Yılmaz (Beşiktaş).
Yarımmüdafiəçilər: Abdülkadir Ömür, Berat Özdemir (hər ikisi "Trabzonspor"), Berkan Kutlu (Qalatasaray), Cengiz Ünder (Marsell), Hakan Çalhanoğlu (İnter), Kərəm Aktürkoğlu (Qalatasaray), Orkun Kökçü (Feyenoord), Ozan Tufan (Uotford), Taylan Antalyalı (Qalatasaray), Yusuf Yazıcı (Lill).
Hücumçular: Burak Yılmaz (Lille), Kənan Karaman (Beşiktaş), Səerdar Dursun (Fənərbağça).