Millimiz "Avro-2019"da!

Qadın voleybolçulardan ibarət Azərbaycan seçməsi tarixi uğura imza atıb. SportLine.az xəbər verir ki, "Avro-2017"nin qrup mərhələsində keçirilən bütün görüşlərdə qalib gələn Faiq Qarayevin komandası ilk dəfə final mərhələsində qrupda lider olub. Bununla da, millimiz 2019-cu ildə keçiriləcək Avropa çempionatına birbaşa vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan voleybolçuları ilə yanaşı, İtaliya, Rusiya və Serbiya da növbəti qitə birinciliyinə vəsiqəni təmin edib. "Pley-off" mərhələsində qalib gəlməklə 1/4 finala adlayacaq digər 4 komanda da 2019-cu il çempionatının iştirakçıları sırasına qoşulacaq.