Millimiz Bakı Olimpiya Stadionunda iki oyun keçirəcək

19 yaşadək qızlardan ibarət Azərbaycan seçməsi iki yoxlama oyunu keçirəcək. SportLine.az xəbər verir ki, millimiz Belarusla qarşılaşacaq.

Bakıya gələcək belaruslularla görüşlər martın 10-da və 12-də keçiriləcək. Hər iki març Bakı Olimpiya Stadionunda baş tutacaq.

Oyunlar ehtiyat meydançasında keçiriləcək. Hər iki qarşılaşma saat 18:00-da başlayacaq.

Banner