Millimiz Belçikaya qarşı

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzal üzrə millimiz bu gün yoldaşlıq oyunu keçirəcək. 

Sportline.az xəbər verir ki, millimiz Borgloon şəhərində Belçika seçməsinin qonağı olacaq. Bakı vaxtı ilə saat 17:00-da başlanacaq oyun azarkeşlər üçün qapalı keçiriləcək. 
Yüngül zədəsi olan İsa Atayev matçda iştirak etməyəcək. Görüşü yerli hakimlər briqadası idarə edəcək.

Beynəlxalq yoldaşlıq oyunu

Belçika – Azərbaycan
Hakimlər: İbrahim Eljilali, Juan Boelen, Kris Feytons
17 yanvar. Borgloon. Saat 17:00

Belçika: 1. Mustafa İdrisi, 2. Sven Sleypen, 4. Omar Rahou, 5. Ahmed Sababti (k), 6. Meris Durakoviç; 19. Dries Vransken, 7. Steven Dillien, 8. İbrahim Adnane, 9. Lukas Diniz Pineyro, 10. Zakariya Lamsaiah, 11. Oyadi Suleymani, 14. Sufian El Fakiri, 15. Jasper Buyl, 16. Kenneth Vanderheyden.
Baş məşqçi: Karim Baxar
Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Bolinya, 5. Fineo De Araujo, 10. Vassura, 13. Qallo; 1. Emin Kürdov, 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 2. Felipinyo, 16. Maneka, 17. İsa Atayev
Baş məşqçi: Joze Alesio Da Silva