Millimiz bürünc medal uğrunda görüşə çıxacaq

Maltada təşkil olunan basketbol üzrə kiçik ölkələr arasında Avropa çempionatında yarımfinal görüşləri keçirilib.

Sportline.az xəbər verir ki, yarımfinalda meydan sahibi Maltaya 52:59 hesabıyla uduzan Azərbaycan millisi üçüncü yer uğrunda oyun keçirəcək.

Komandamız bu dəfə Andorra yığması ilə qarşılaşacaq. İyulun 3-də baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 18:15-də start veriləcək.

Xatırladaq ki, Azərbaycan millisi yer aldığı A qrupunda Maltaya 71:73, Andorraya 69:72 hesabı ilə uduzmuşdu. Serbiyalı Aleksandar Trifunoviçin çalışdırdığı kollektiv 1/4 finalda San Marinoya 68:51 hesabı ilə qalib gəlib.