Millimiz Avropa Liqasının qalibi oldu

Bu gün qadın voleybolçular arasında Avropa Liqasına yekun vurulub. SportLine.az xəbər verir ki, yarışın qalibi Bakıda müəyyənləşib.

Final mərhələsinin cavab qarşılaşmasında Azərbaycan Slovakiyanı qəbul edib. 

Səfərdə rəqibini 3:1 hesabı ilə üstələyən Faiq Qarayevin koamndası doğma azarkeşlər önündə də qələbəyə iddialı idi. Slovakiyalılar isə məğlubiyyətin əvəzini çıxmaq üçün çətin oyundan qalib ayrılmağa çalışıblar. Ancaq qonaqlar vəzifənin öhdəsindən gələ bilməyiblər. Millimiz 3 setdə rəqibini məğlub etməklə yarışın qalibi olub.

03 iyul 2016
Voleybol, Avropa Liqası
Final mərhələsi, cavab oyunu

Azərbaycan – Slovakiya - 3:0 (25:15, 25:22, 25:20)

Hakimlər: Giorgio Giani (İtaliya), Helana Geldof (Hollandiya)
Bakı. İdman Sarayı

İlk oyun: Slovakiya – Azərbaycan – 1:3 (19:25; 25:18; 22:25; 20:25)