Millimiz Çernoqoriyaya qarşı
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirəcək. SportLine.az xəbər verir ki, Nazim Süleymanovun yetirmələri səfərdə Çernoqoriya ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Podqoritsada təlim-məşq toplanışında olan seçməmiz meydan sahibləri ilə iki yoxlama oyunu keçirəcək.
15 mart 2016
Yoxlama oyunu
18:00. Çernoqoriya - Azərbaycan