Millimiz Gürcüstana məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. SportLine.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan millimiz Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə görüşüb.

Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın qollarını Samir Oruclu və Hikmət Verdiyev vurub.

Banner