Millimiz Gürcüstana qarşı

16 yaşadək futbolçulardan ibarət milli komandamız Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışı keçəcək. Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk mərhələ 18 – 23 sentyabrda, ikincisis isə ayın 24-dən 28-dək olacaq.

Hazırlıq prosesi çərçivəsində Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə iki yoldaşlıq oyununun (sentyabrın 25-də və 27-də) keçirilməsi nəzərdə tutulub.